KTMT Ermənistanın tərəfində döyüşməməli idi

28.11.2024

Icma.az, Operativ MM saytına istinadən bildirir.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qarabağda Ermənistanın tərəfində vuruşmamalı idi, çünki həmin şəraitdə bu ölkəyə xarici təcavüz edilməmişdi.

"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən mətbuat konfransında bildirib.

Onun fikrincə, Ermənistanın KTMT-yə hazırkı münasibəti daxili siyasi problemlər və Qarabağ mövzusu ilə bağlıdır. Eyni zamanda, Putin Ermənistanın KTMT-də tam formatda işə qayıdacağını istisna etməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью