KTMT Ermənistanın təşkilatdan çıxışı ilə bağlı sənəd almayıb AzPolitika onlayn siyasiictim…
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hazırda Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanla KTMT arasında münasibətlərin dönüşü olmayan nöqtədə olduğunu deyərkən nəyi nəzərdə tutduğu məlum deyil.“Report” xəbər verir ki, bu barədə “NEWS.ru”ya diplomatik mənbə bildirib.“KTMT-yə Ermənistanın təşkilatdan çıxışı ilə bağlı sənəd daxil olmayıb.
Paşinyanın nədən danışdığını heç kim bilmir”, - o deyib.Xatırladaq ki, daha əvvəl Paşinyan İrəvanla KTMT arasında münasibətlərin geri dönüşü olmayan həddə çatdığını bildirib.
Onun sözlərinə görə, təşkilata qayıtmaq demək olar ki, mümkünsüz hal alıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu