525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Ermənistan hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində iştirak etmir. Təşkilat bu vəziyyətə lazımi qaydada reaksiya verəcək”.
525.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Nikol Paşinyan Ermənistanın KTMT-də iştirakına marağını itirdiyini dəfələrlə bəyan edib. Paşinyanı nəyin gözlədiyini bilmirik, lakin Ermənistanın KTMT-nin fəaliyyətində iştirak etmədiyi göz qabağındadır. Təşkilat buna uyğun olaraq reaksiya verəcək”, - Peskov deyib.
Əlavə edib ki, üzv dövlətlərin qərarı ilə nizamnamədə nəzərdə tutulan bütün mexanizmlər işə salına bilər.
Pərvanə Sultanova