“KTMT ilə bağlı maraqlarımız tükənib” Paşinyan

05.11.2026

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

“Ermənistan hakimiyyətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı maraqları tükənib”.

525.az xəbər verir ki, bunu Baş naziri Nikol Paşinyan jurnalistlərə deyib.

“Bir daha və birdəfəlik bəyan etmək istəyirəm ki, bizim KTMT-də maraqlarımız tükənib”, - Paşinyan vurğulayıb.

KTMT-nin Baş katibi Talatbek Masadikov noyabrın 5-də Ermənistanın təşkilatdan xaric edilməsinin müzakirə mövzusu olmadığını bildirib. Bununla belə, qarşıdan gələn KTMT Şurasının iclasında təşkilatın Nizamnaməsinin 25-ci maddəsinin Ermənistana tətbiqi ilə bağlı qərar qəbul edilə bilər. Bu isə Ermənistanın üzvlük haqları üzrə borcunu ödəyənədək KTMT-də kvota üzrə vəzifələrə namizəd irəli sürmək və səsvermə hüququnun dayandırılması ilə nəticələnə bilər.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью