KTMT nin Baş katibi: “Avropanın militarizasiyası son dərəcə təhlükəlidir”

17.08.2026

Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bu cür hərəkətlər bu dövlətlərin malik olduğu geniş hərbi arsenallar nəzərə alınmaqla son dərəcə təhlükəli ola bilər”

“Avropanın militarizasiyası və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzv dövlətlərinə qarşı hərbi ritorikanın güclənməsi ölkələr arasında davamlı etimadsızlıq fonunda ciddi risklər yaradır”. AYNA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə KTMT-nin Baş katibi Taalətbek Masadıkov deyib.

Masadıkov bildirib ki, "Avropanın açıq şəkildə militarizasiyası və bir sıra KTMT üzv dövlətlərinə qarşı hərbi ritorikanın artması müşahidə olunur".

Onun sözlərinə görə, hərbi xərclərin artması yaranan mübahisələrin həlli üçün effektiv beynəlxalq hüquqi mexanizmlərin olmaması fonunda baş verir.

KTMT-nin Baş katibi qeyd edib ki, “bu cür hərəkətlər bu dövlətlərin malik olduğu geniş hərbi arsenallar nəzərə alınmaqla son dərəcə təhlükəli ola bilər”. O qeyd edib ki, 2025-ci ildə qlobal hərbi xərclərin 2,9 trilyon dollar olduğu təxmin edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью