KTMT nin baş katibi Cənubi Qafqazda sülhdən danışdı

19.05.2025

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mümkün qədər tez imzalanmasını gözləyir.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.

"Qafqazda müəyyən müsbət irəliləyişlər var. Bu, Ermənistan və Azərbaycan Respublikasının iki ölkə arasında danışıqların başa çatması və dövlətlərarası sənədin mətni üzrə razılaşmaya dair bəyanatıdır", - deyə o, KTMT Parlament Assambleyasının (PA) Şurasının iclasında bildirib. 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью