KTMT nin Baş katibi Ermənistanı mövqeyini müəyyənləşdirməyə çağırıb

16.08.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTM T) iştirak perspektivləri ilə bağlı qərar «ağlabatan müddətdə qəbul edilməlidir».

Bu barədə təşkilatın Baş katibi Taalatbek Masadıkov bəyan edib.

«Çıxış nöqtəmiz odur ki, Ermənistanın KTMT-də iştirakının perspektivlərinə dair qərar ağlabatan müddətdə verilməlidir», - Masadıkov bildirib.

Arayış üçün qeyd edək ki, bundan əvvəl Rusiyanın KTMT yanındakı daimi nümayəndəsi Viktor Vasilyev agentliyə müsahibəsində Ermənistanın təşkilatın orqanlarında səs hüququndan məhrum edilməsi barədə qərarın konsensus tələb edəcəyini bildirmişdi. O, KTM T Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasının noyabrın 11-də Moskvada keçiriləcəyini və dövlət liderlərinin, böyük ehtimalla, bu məsələni müzakirə edəcəklərini diqqətə çatdırıb.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью