Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov dövlətlər arasında təhlükəsizliyin və dostluğun möhkəmləndirilməsində xidmətlərinə görə dövlət mükafatına layiq görülüb.
Reyting.az xəbər verir ki, bu barədə KTMTkatibliyi məlumat yayıb.
Qeyd olunur ki, Qırğızıstan prezidenti Sadır Japarov İmanqali Tasmaqambetovu “Dostluq” ordeni ilə təltif edib.
İ.Tasmaqambetov və S.Japarov KTMT Təhlükəsizlik Şurasının 2025-ci il noyabrın 27-də Bişkekdə keçirilməsi planlaşdırılan sessiyası ilə bağlı məsələləri də müzakirə ediblər.
E. KAMAL