“KTMT nin “fatihəsi” Astana çoxdan oxunub”

20.04.2026

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı yeni açıqlama verib. Paşinyan qeyd edib ki, “Ermənistan Respublikasının KTMT-də üzvlüyü dondurulub və fəaliyyətin bərpası üçün heç bir addım atılmayacaq”.

Maraqlıdır, Ermənistanın KTMT ilə bağlı məlum mövqeyi digər dövlətlərin də bu qurumdan çıxması üçün zəmin formalaşdıra bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli KTMT-nin bir təşklilat kimi faktiki olaraq tənəzzülə uğradığını vurğulayıb:

“KTMT-nin dağılması prosesi çoxdan başlayıb.

Təşkilatın son yığıncağı Astanada oldu. Həmin yığıncaqda KTMT-nin nizamnaməsi yenidən imzalanmalı idi. Qazaxıstanın prezidenti  Tokayev Putinin özünün də iştirak etdiyi yığıncaqda KTMT-ni sərt tənqid etdi.

Bildirdi ki, biz kiminsə əlaltısı olmaq niyyətində deyilik və bu sənədə qol çəkməyəcəyik. Putinin ona doğru uzatdığı sənədi əli ilə geri itələdi və bildirdi ki, bu kağız-kuğuz bizim üçün heç bir məna kəsb etmir. Yəni KTMT-nn “fatihəsi” faktiki olaraq Astanada oxundu.

Bu gün KTMT-nin mövcudluğu formal xarakter daşıyır və bu təşkilat tarix səhnəsindən silinməkdədir”.

Seymur ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью