KTMT nin yeni Baş katibi Qırğızıstandan oldu

27.11.2025

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Qırğızıstan nümayəndəsi Taalatbek Masadıkov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni Baş Katibi seçilib. O, vəzifəyə gələn ilin 1 yanvar tarixindən başlayacaq.
Bakupost.az xəbər verir ki, bu barədə hazırkı Baş Katib İmanqali Tasmahambetov Biskekdə keçirilən Kollektiv Təhlükəsizlik Şurasının iclasında təşkil edilən mətbuat konfransında məlumat verib.
Hazırda Masadıkov KTMT-də Baş Katibin müavini vəzifəsində çalışır. Qazaxıstan nümayəndəsi İmanqali Tasmahambetov isə 1 yanvar tarixindən Baş Katib postunu tərk edəcək. O, bu vəzifədə 1 yanvar 2023-cü ildən fəaliyyət göstərirdi.
Cavid, BakuPost
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью