KTMT sammitində Ermənistanın səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul olunub

11.11.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Moskva, 11 noyabr, AZƏRTAC

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvada keçirilən sammitinin iştirakçıları Ermənistanın təşkilatda səsvermə hüququndan və onun orqanlarında məsul vəzifələrə öz nümayəndələrini təyin etmək hüququndan məhrum edilməsi barədə qərar qəbul ediblər. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

AZƏRTAC xəbər verir ki, Kremlin nümayəndəsi jurnalist Aleksandr Yunaşevə açıqlamasında qərarın KTMT-nin nizamnaməsinə uyğun olaraq qəbul edildiyini bildirib. D.Peskovun sözlərinə görə, buna əsas kimi Ermənistanın bir neçə il ərzində təşkilat qarşısında öhdəliklərini yerinə yetirməməsi göstərilib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın iki ildən artıqdır üzvlük haqlarını ödəmədiyini bildirmişdi.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью