KTN 154 min manatlıq katric alacaq: Nazirlik nəşriyyat yaradır?

22.11.2025

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Kənd Təsərrüfatı Nazirliyi kartric doldurulması və yeni katriclərin satın alınması üzrə elan etdiyi tenderin nəticələrini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, tenderin qalibi “KAİNAT-PRİNT” MMC olub.
Katric alınması ilə bağlı tərəflərin arasında bağlanılmış müqavilənin dəyəri 154 min 205 manat təşkil edib.
Qeyd edək ki, son zamanlar ən çox tənqid edilən qurumlardan olan KTN-in belə böyük məbləğdə katric alması birmənalı qarşılanmır. Xüsusən əkinçilik və heyvandarlıq sahəsində yaşanan neqativ hallardan dolayı tənqid hədəfi olan nazirliyin keçirdiyi tenderi tənqid edilir.

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью