KTN: Pambıq lifi ixracında 1,8 dəfə artım olub AZƏRTAC

10.12.2024

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 10 dekabr, AZƏRTAC

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan xarici ölkələrə 168,920.4 min dollar dəyərində 112,597.3 ton pambıq lifi ixrac olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə pambıq lifi ixracında 1,8 dəfə, satılmış məhsulun dəyərində isə 1,5 dəfə artım qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью