KTN süni intelektə 10 milyon manat ayırdı Ekspert isə McKinsey & Company ilə şübhəli anlaş…
Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. "Kənd Təsərrüfatı Nazirliyi də süni intellekt tətbiq edəcək.
Aqrar sektorun rəqəmsal transformasiya modelini McKinsey & Company hazırlayacaq.
Süni intellekt əsaslı modellər hazırlayan qurumlarımıza daha birisi əlavə olunub.
Kənd Təsərrüfatı Nazirliyimiz də süni intellekt əsaslı həllər hazırlamağı hədəfləyib".
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial media hesabında yazıb.
Onun sözlərinə görə, nazirlik McKinsey & Company (Azerbaıjan) şirkətiylə 10 milyon manat dəyərində satınalma müqaviləsi imzalayıb.
Müqavilə bir mənbədən satınalma metodu əsasında imzalanıb: "Layihə haqqında geniş məlumat verilməyib.
Bildiyim qədər Nazirlik süni intellekt modelləri əsasında kənd təsərrüfatı məhsullarının, bütövlükdə aqrar sektorun inkişafının proqnozlaşdırılması sistemini hazırlamağı hədəfləyib.
Tam oxu
Xəbəri oxu