KTNin tabeliyində yeni publik hüquqi şəxs yaradılıb

19.12.2024

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi publik hüquqi şəxs yaradılıb.
Reyting.az
xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycanda balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar bəzi fərmanda və sərəncamlarda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Mərkəz Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində balıqçılığın, o cümlədən akvakulturanın təşkili, idarə edilməsi, balıq və digər su bioresurslarının artırılması, istifadəsi, mühafizəsi və onlara nəzarət sahəsində fəaliyyət göstərən publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək.
Mərkəzin nizamnamə fondu 1 milyon manat təşkil edəcək və dövlət büdcəsinin vəsaiti hesabına formalaşacaq.

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью