Kuala Lumpurun mərkəzində Azərbaycan Bayrağını əks etdirən videoçarx nümayiş olunub

08.11.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Pekin, 8 noyabr, AZƏRTAC

Azərbaycanın Zəfər Günü münasibəti ilə Malayziyanın paytaxtı Kuala Lumpurda məşhur “Petronas” əkiz qüllələrinin yerləşdiyi ərazidəki şəhər meydanında quraşdırılmış nəhəng ekranda Azərbaycan Bayrağının proyeksiyası əks olunub.

AZƏRTAC xəbər verir ki, Zəfər Günü münasibətilə təbrik mesajının yer aldığı videoçarx nümayiş olunub. Gün ərzində davam edən nümayiş şəhər sakinlərinin və paytaxtın qonaqlarının böyük marağına səbəb olub.

Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü ilə həyata keçirilən bu aksiya sosial media platformalarında da geniş yayılıb. Bundan əlavə, Malayziyanın milli informasiya agentliyi BERNAMA-da Zəfər Gününə həsr olunmuş geniş məqalə dərc edilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью