Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacq

09.07.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacq

İngiltərə millisinin və "Bayer" klubunun müdafiəçisi Carell Kuansa DÇ-2026-da 2 oyunluq diskvalifikasiya edilib.

QOL.az xəbər verir ki, "BBC"nin məlumatına görə, 23 yaşlı futbolçu Meksika ilə 1/8 final matçında (3:2) qırmızı vərəqə aldığı epizoda görə cəzalandırılıb. Kuansanın qayda pozuntusunun xarakterini nəzərə alan FİFA-nın İntizam Komitəsi standart bir oyunluq cəzanı ağırlaşdırmaq qərarına gəlib. 

Beləliklə, futbolçu Norveçə qarşı 1/4 finalı, İngiltərə növbəti mərhələyə yüksələrsə, mümkün yarımfinalı da buraxacaq.

Qeyd edək ki, FİFA-nın bu qərarı yenidən müzakirələrə səbəb olub. Çünki qurum daha əvvəl ABŞ millisinin hücumçusu Folarin Baloqunun qırmızı vərəqəsini ləğv etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью