Kub prezidenti qətlə yetirildi

30.09.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kub prezidenti qətlə yetirildi

Bolqarıstanın “Botev” klubunun prezidenti İliyan Filipov qətlə yetirilib.

QOL.az xəbər verir ki, bu barədə Bolqarıstanın “Nova” nəşri məlumat yayıb. Hadisə ötən gecə Filipov komandasının oyunundan sonra evə qayıdarkən baş verib.

Məlumata görə, iş adamı yaşadığı evin yaxınlığında başından bir güllə ilə vurularaq öldürülüb.

Hazırda hadisəni törədən şəxsin axtarışları davam etdirilir. Polis ərazidə şübhəli avtomobilləri yoxlayır. Hələlik saxlanılan şəxsin olmadığı bildirilir.

Hüquq-mühafizə orqanları qatilin Filipovu yaşayış kompleksinin yaxınlığındakı meşəlik ərazidə gözləmiş ola biləcəyini ehtimal edirlər.

“Botev” Bolqarıstanda yüksək liqada yarışır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью