Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
ABŞ-nin təzyiqi səbəbindən Kubaya göndərilən enerji avadanlıqları, ərzaq və dərman daşıyan konteynerlər adaya çatdırıla bilmir.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Oskar Perez-Oliva deyib.
Onun sözlərinə görə, konteynerlər ABŞ tərəfindən qanunsuz olaraq saxlanılıb:
"Vaşinqtonun hərəkətləri beynəlxalq ticarət qaydalarına və Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə ziddir. Vaşinqtonun təzyiqi əhalimizin çox ehtiyac duyduğu qida və dərmanların çatdırılmasını mümkünsüz edib. Dərman çatışmazlığı vacib tibbi prosedurlara məhdudiyyətlər qoyur və ölümlərə səbəb olur. Həmçinin enerji avadanlıqlarının çatdırılmasında gecikmə enerji təchizatı vəziyyətinin kritik olduğu Kubaya xüsusilə ciddi təsir göstərir".
Gülşən Şərif