Kuba: ABŞ la danışıqlar dayandırılıb

25.08.2026

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kuba Prezidenti Migel Dias-Kanel ABŞ ilə aparılan dialoqun hazırda “dalana dirəndiyini” bildirib.

Turkustan.az xəbər verir ki, Braziliyanın “Folha de S.Paulo” qəzetinə müsahibəsində Dias-Kanel Kubanın dağılmaq üzrə olduğu barədə iddiaları rədd edib. Bununla belə, o, ölkənin ciddi iqtisadi və siyasi çətinliklərlə üzləşdiyini etiraf edib.

Prezident ABŞ hökuməti ilə əlaqələrin davam etdiyini, lakin indiyədək hər hansı irəliləyiş əldə olunmadığını və dialoqun hazırda nəticəsiz qaldığını bildirib.

Dias-Kanel Kubadakı vəziyyəti “son dərəcə mürəkkəb” və “ağrılı” kimi qiymətləndirib.

“Biz mürəkkəb bir vəziyyətdəyik, amma bu, böyük yaradıcılıq və Kuba xalqının tarixi müqaviməti ilə müəyyən edilir. Təzyiq altında heç bir dialoq ola bilməz”, – Kuba prezidenti deyib.

Dias-Kanel ABŞ administrasiyasını da tənqid edib. O, Prezident Donald Trampın rəhbərliyi altında Vaşinqtonun Kubanı öz iradəsinə tabe etdirməyə çalışdığını və bu istiqamətdə “pis” addımlar atdığını bildirib.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью