Kuba ABŞ ni ittiham etdi

21.08.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“ABŞ sanksiyaları Kubada ərzaq, dərman və tibbi avadanlıqların daşınmasına mane olur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Kuba xarici işlər naziri Bruno Rodrigez ABŞ-nin ölkəyə qarşı tətbiq etdiyi yeni sanksiyalardan danışarkən deyib.

O, Vaşinqtonu Kuba hökumətinin əhaliyə əsas xidmətlər göstərməsinə qəsdən mane olmaqda ittiham edib.

Rodrigez ABŞ Dövlət katibi Marko Rubionu da tənqid edərək, yeni sanksiyaların xüsusilə özəl mikro, kiçik və orta müəssisələrin təchizat imkanlarına mənfi təsir göstərdiyini bildirib.

ABŞ yeni sanksiyalar çərçivəsində Kubanın mədən, xarici ticarət və metallurgiya sektorları ilə əlaqəli şəxsləri, eləcə də, doqquz dövlət qurumunu hədəfə alıb.

Bundan başqa, Kuba Xalqları ilə Dostluq İnstitutunun (ICAP) üçyüksək vəzifəli şəxsinə qarşı da məhdudiyyətlər tətbiq edilib.

Rodrigez ABŞ-nin Kubaya qarşı sanksiya siyasətini “uğursuz vəsvəsə” adlandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью