Kuba ABŞ nin mümkün hərbi müdaxiləsinə hazırlaşır

14.11.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın müdaxilə təhdidi kimi qəbul edilən açıqlamalarından sonra Kuba ABŞ-nin mümkün hərbi hücumuna hazırlaşır.

“Cebheinfo.az” xəbər verir ki, Kubanın “Granma” xəbər agentliyinin məlumatında belə deyilir.

Kuba Respublikasının Prezidenti Migel Diaz-Kanel bu barədə açıqlama verib.

“Ölkəmizə qarşı hər hansı xarici hərbi təcavüz cəhdini dəf etmək əzmindəyik”, - deyə Kubanın dövlət başçısı qeyd edib.

O, həmçinin Kubanın sülhsevər bir ölkə olduğunu və ABŞ-nin milli təhlükəsizliyinə təhdid yaratmadığını bildirib.

Xatırladaq ki, Donald Trampın noyabrın 12-də radio aparıcısı Hyu Hevitlə müsahibəsində Kubaya hərbi müdaxiləni nəzərdən keçirib-keçirmədiyinə dair suala belə cavab verib:

“Getməzdən əvvəl Kuba ilə məşğul olmaq istəyirəm”.

“Biz vəziyyəti çox yaxından izləyirik. Kuba çox pis vəziyyətdədir. Bu, əslində uğursuz bir yerdir, uğursuz bir dövlətdir. Necə adlandırmaq istəsəniz, elə də adlandırın”, - deyə Tramp əlavə edib. 

Diaz-Kanel Trampın adını çəkmədən, Amerika siyasətçilərinin Kubaya qarşı hərbi əməliyyatların mümkünlüyü ilə bağlı dəfələrlə verdiyi açıqlamaları tənqid edib. Kuba Prezidenti Havananın cənubundakı Boyeros məhəlləsində Milli Müdafiə Günü münasibətilə keçirilən tədbirdə çıxış edib.

Tədbirdə yüksək vəzifəli hərbi rəsmilər, Kommunist Partiyasının nümayəndələri və yerli hökumət rəsmiləri iştirak ediblər.

ABŞ-ın yanvar ayında Venesuelada keçirdiyi hərbi əməliyyatdan və ölkə prezidenti Nikolas Maduronun tutulub ABŞ-a gətirilməsindən bəri Kuba müntəzəm olaraq hərbi təlimlər və müdafiə koordinasiya görüşləri keçirir.

Kubanın “Bütöv xalq müharibəsi” strategiyasının bir hissəsi kimi, hərbi personal mülki şəxslərə əsas hərbi təlimlər də keçirir.

Bu konsepsiya xarici hücuma cavab olaraq ölkənin müdafiəsində geniş ictimaiyyətin iştirakını nəzərdə tutur. Tramp dəfələrlə Kubaya hərbi müdaxilə ehtimalını qaldırıb.

Oktyabr ayında, Konqresə aralıq seçkilər keçirilməzdən əvvəl, o, İranla müharibədən qayıdan Amerika hərbi gəmilərinin Kuba sahillərinə gedib orada qala biləcəyini irəli sürmüşdü.

Tramp iddia edirdi ki, bu, Kuba rəhbərliyini təslim olmağa vadar edəcək. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью