Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Kubanın silahlı qüvvələri ABŞ-nin mümkün hücumuna hazırlaşır.
Redaktor.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Karlos Fernandes de Kossio “NBC News”a verdiyi müsahibədə bildirib.
Kuba rəhbərliyi dünyada baş verən hadisələri nəzərə alaraq ordunun hazırlıqsız qalmasının mümkün olmadığını bəyan edib.
Nazir bildirib ki, "biz həqiqətən ümid edirik ki, bu təcavüz baş verməyəcək".
Aminə ŞAHSUVARQIZI