Kuba çətin günlər yaşayır

09.02.2026

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, “EFE” agentliyinin məlumatına görə, ölkə hökumətinin beynəlxalq aviaşirkətlərə müraciətində ən azı fevralın 10-dan martın 11-dək Kuba hava limanlarında yanacaq doldurmağa ümidli ola bilməycəkləri vurğulanır.
Məhdudiyyətlər ölkənin doqquz hava limanına, o cümlədən Havanadakı Xose Marti Beynəlxalq aeroportuna şamil edilir. Kubaya uçuşlar əsasən Amerika, İspaniya, Panama və Meksika hava yollarından həyata keçirilir. İndi aviadaşıyıcılar ən azı növbəti ay üçün uçuş cədvəllərində və ola bilsin ki, marşrutlarda dəyişiklik etməli olacaqlar.
Moskva: “Kubanı neftsiz qoymayacağıq” Yanacaq qıtlığı, yanvarın 29-da Kubadan gələn təhlükə ilə əlaqədar fövqəladə vəziyyət elan edən və adaya neft satan ölkələrdən idxal olunan mallara əlavə rüsumların tətbiqi barədə sərəncam imzalayan ABŞ prezidenti Donald Trampın siyasəti ilə bağlıdır.
Nəticədə Kubada turist axını artıq son 20 ilin minimum həddinə düşüb və ölkədə aviasiya yanacağı çatışmazlığı səbəbindən evə uça bilməyən turistlər var.
Maraqlıdır ki, bu qarşıdurma fonunda Rusiya azadlıq adasını neftsiz qoymayacağını bəyan edib.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью