Kuba dünyaya səsləndi

30.01.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilya bildirib ki, ölkəsi ABŞ Prezidenti Donald Trampın ölkəni hədəf alan son tədbirlərini qətiyyətlə pisləyir.

"Cebheinfo.az" xəbər verir ki, Parrilya “ABŞ-nin Kubaya qarşı son eskalasiyasını kəskin şəkildə qınayırıq”, – deyə yazıb. O əlavə edib ki, indi ölkədə neft tədarükünü tamamilə dayandırmağı təklif edirlər.

Nazirin sözlərinə görə, ABŞ eyni zamanda şantaj və məcburetmə üsullarından istifadə edərək digər ölkələri geniş şəkildə qınanan Kuba blokadası siyasətinə qoşulmağa məcbur etməyə çalışır. Buna razı olmayanları isə əsassız və ədalətsiz gömrük rüsumları ilə hədələyir. 

Parrilya bu tədbirlərin “azad ticarətin bütün prinsiplərini pozduğunu” vurğulayıb: 

"65 ildən artıqdır bir xalqa qarşı tətbiq edilən ən uzunmüddətli və ən amansız iqtisadi blokadaya məruz qalan və indi də ekstremal yaşayış şəraiti ilə üz-üzə qalmaq təhlükəsi olan Kubaya, onun xalqına qarşı bu qəddar aqressiya aktını dünya ictimaiyyəti qarşısında pisləyirik”.

Qeyd edək ki, cümə axşamı Donald Tramp Kubaya neft tədarük edən xarici ölkələrə qarşı gömrük rüsumlarının tətbiqinə icazə verən prezident fərmanı imzalayıb. Sənəd Ağ Evin rəsmi internet saytında dərc olunub.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью