Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə Dias-Kanel "X" sosial şəbəkəsində yazıb.
"ABŞ konqresmenləri Pramila Ceyapal və Conatan Ceksonu qəbul edərkən, mən onlara ticarət-iqtisadi blokada nəticəsində dəyən cinayətkar ziyanı, xüsusilə də hazırkı ABŞ administrasiyası tərəfindən tətbiq olunan enerji embarqosu və daha aqressiv hərəkətlər təhdidlərini bildirdim. Hökumətimizin Vaşinqtonla ciddi və məsuliyyətli ikitərəfli dialoqa, mövcud fikir ayrılıqlarının həllinə hazır olduğunu təsdiqlədim", - deyə o qeyd edib.
Yanvarın sonunda ABŞ prezidenti Donald Tramp administrasiyası Kubaya yanacaq tədarüklərinin tam blokadasına yönəlmiş qərar qəbul edib. Bu vəziyyət ölkədə kəskin böhrana səbəb olub, xüsusilə enerji sahəsində. Karib adasında benzin və dizel yanacağı çatışmır, elektrik kəsintiləri 10 saatdan çox davam edir. Son dövrlərdə Kuba hökuməti, o cümlədən Dias-Kanel, Vaşinqtonla bərabərhüquqlu və şərtsiz dialoqa hazır olduqlarını bir neçə dəfə açıqlayıb.
Qadir, Bizimyol.info