Kuba Prezidentini də Maduronun taleyi gözləyir? ABŞ nin növbəti hədəfi…

11.06.2026

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Pentaqon rəhbəri Pit Heqset bildirib ki, ABŞ Kuba Prezidenti Migel Diaz-Kanelin qaçırılmasını nəzərdən keçirir.

O, bütün seçimlərin masada olduğunu və bununla bağlı son qərarı Prezident Donald Tramp verəcəyini deyib.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə Bakupost.az-a bildirib ki, Kuba Prezidentini də Venesuela Prezidenti Nikolas Maduronun taleyi gözləyir:

“ABŞ Venesuela Prezidenti Nikolas Maduronu oğurladıqdan sonra növbəti mərhələdə Kuba Prezidentinə qarşı da anoloji addımı atmağı nəzərdə tuturdu. Sadəcə olaraq, İran ətrafında cərəyan edən proseslər bu addımın həyata keçməsinin bir müddət təxirə salınmasına səbəb olub. Hələlik Vaşinqton Kuba ilə müəyyən diplomatik danışıqlar aparır. Havana ABŞ ilə razılaşmasa, təbii ki, Kubaya qarşı da hər hansı bir əməliyyat keçirilə bilər. Kubanın blokadası davam edir. Ölkədə sosial-iqtisadi vəziyyət pisdir”.

Ekspert düşünür ki, İranla bağlı məsələ aydınlaşandan sonra, Trampın növbəti hədəfi Kuba olacaq:

“Ora ya desant qüvvələri çıxarılacaq, ya da ölkənin prezidenti oğurlanacaq. Kubanın ABŞ-nin nəzarətinə keçməsi Vaşinqtonun Latın Amerikasında mövqelərini daha da gücləndirəcək”.

Rüfət Sultan, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью