Kuba sahillərində güclü zəlzələ baş verib

10.11.2024

Operativmedia saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kuba sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.

"Operativ Media" xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Zəlzələnin episentri, Qranma əyalətinin Bartolome Maso bələdiyyəsindən 34 km cənub-şərqdə, 17 km dərinlikdə yerləşib. Bu bölgədə təxminən 53 min nəfər yaşayır.

Tələfat və ya dağıntılar barədə məlumat daxil olmayıb və sunami təhlükəsi elan olunmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью