Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında Kubanın idarəetmə sisteminin çökdüyünü bildirib.
Yeniavaz.com “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, o, Kuba hökumətini Amerika Kommunist Partiyası ilə onilliklər boyu davam edən əlaqələri qorumaqda ittiham edib.
“Mənim administrasiyam Kubada fundamental dəyişiklik istəyir. Burada kommunist rejimi tarixinin ən böyük təzyiqi altındadır. Bu, tamamilə iflas etmiş bir dövlətdir. Əvvəllər heç vaxt olmadığı qədər dağılır və tezliklə süqut edəcək”, - Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Kuba hakimiyyətini Vaşinqtonun düşmənləri olan ölkələrin kəşfiyyat rəsmilərinə Kuba ərazisini açmaqda günahlandırmışdı.
O, həmçinin bildirmişdi ki, ABŞ rəqiblərinə sərhədlərindən 90 mil (təxminən 145 km) məsafədə kəşfiyyat əməkdaşlarını və ya hərbi bazalarını yerləşdirməyə icazə verə bilməz.