Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kuba Respublikası Xalq Hakimiyyəti Milli Assambleyasının sədri Xuan Esteban Lazo Hernandes "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
APA-nın xəbərinə görə, bununla bağlı Milli Assambleya sosial şəbəkələrdəki səhifəsindən paylaşım edib.
Paylaşımda Xuan Esteban Lazo Hernandesin qəza nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verilib və həmrəylik ifadə olunub.