Kuba XİN: ABŞ hücum edərsə, özümüzü müdafiə edəcəyik

18.05.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 18 may, AZƏRTAC

Kubalılar ABŞ-nin mümkün hücumu halında özlərini müdafiə edəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə Kuba Xarici İşlər Nazirliyi (XİN) sosial media hesabında paylaşım edib.

Bəyanatda deyilir: “Əgər Kubaya hücum olunarsa, ölkə qanuni özünümüdafiə hüququndan istifadə edəcək”.

Daha əvvəl Kubanın xarici işlər naziri bildirib ki, ABŞ-nin mümkün təcavüzü ölkədə humanitar fəlakətə və “qan tökülməsinə” səbəb ola bilər. O vurğulayıb ki, hərbi münaqişə baş verərsə, hər iki tərəf itkilərlə üzləşəcək.

Nazirin sözlərinə görə, “heç bir təhlükə yaratmayan kiçik bir adaya” qarşı hücum üçün heç bir əsas yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью