Kubada ardarda 2 zəlzələ oldu

11.11.2024

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Kubada 5,9 və 6,8 bal gücündə zəlzələlər qeydə alınıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Qeyd olunur ki, yeraltı təkanların episentrləri Kubanın cənubundakı Qranma əyalətinin Bartolome Maso sahillərində 5,9 və 6,8 bal gücündə iki zəlzələ baş verib.

Zəlzələlər Bartolome Masonun təxminən 40 kilometrliyində baş verib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью