Kubada güclü zəlzələ OLDU

11.11.2024

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kuba sahillərində 6,8 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Zəlzələnin episentri, Qranma əyalətinin Bartolome Maso bələdiyyəsindən 34 km cənub-şərqdə, 17 km dərinlikdə yerləşib. Bu bölgədə təxminən 53 min nəfər yaşayır.

Tələfat və ya dağıntılar barədə məlumat daxil olmayıb və sunami təhlükəsi elan olunmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью