Kubada hərbi anbarda partlayış: 13 əsgər həlak olub

08.01.2025

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kubada hərbi sursatların olduğu anbar partlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə ötən günün sonunda baş verib.

Kuba İnqilabçı Silahlı Qüvvələr Nazirliyindən bildirilib ki, Holguin əyalətinin Melones bölgəsindəki hərbi materialların olduğu anbar naməlum səbəbdən partlayıb: "Hadisədən sonra anbarda xidmət aparan 13 əsgərlə əlaqə itib. Bu barədə onların ailələrinəı məlumat verilib. Fakt araşdırılır".

Xəbərdə o da deyilir ki, hadisə yerinə yaxın ərazilərdə yaşayan 500-ə yaxın insan ehtiyat tədbiri olaraq təxliyə olunublar.

Lamiyə ƏHMƏDLİ
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью