Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 15 may, AZƏRTAC
ABŞ-nin yanacaq idxalını bloklaması fonunda Kubada neft və dizel ehtiyatları demək olar ki, tükənib.
AZƏRTAC “Nu.nl”a istinadla xəbər verir ki, energetika naziri Visente de la O'Levi ölkənin elektrik şəbəkəsinin kritik vəziyyətdə olduğunu bildirib.
Yanacaq çatışmazlığı səbəbindən ölkədə tez-tez elektrik kəsintiləri baş verir. Paytaxt Havananın bəzi rayonlarında elektrik enerjisinin gecə saatlarınadək verilmədiyi qeyd olunur.
Artan problemlər fonunda etiraz aksiyaları da başlayıb. Küçələrə çıxan sakinlər yolları bağlayaraq “İşığı yandırın!” şüarları səsləndiriblər.
ABŞ administrasiyası son dörd ayda Kubaya yanacaq idxalını məhdudlaşdırıb. Vaşinqton bunu Havananın ABŞ-yə qarşı qüvvələri dəstəkləməsi ilə əlaqələndirir.