Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Milli Olimpiya komandasının üzvü, tanınmış boksçu Alfonso Dominges və həyat yoldaşı Nigar Alfonso sosial şəbəkə izləyicilərini əyləncəli bir müsabiqə videosu ilə sevindiriblər.
İdman.Biz xəbər verir ki, paylaşımı kubaəsilli boksçumuzun həyat yoldaşı Nigar Alfonso öz “Instagram” səhifəsində yerləşdirib.
Öz evlərində pitssa süfrəsi arxasında çəkilən videoda cütlük sosial şəbəkələrin məşhur effektlərindən birini sınayıb.
Sınağın şərtlərinə əsasən, alında təsadüfi futbolçuların şəkilləri görünür və hər bir tərəf qarşısındakı şəxsin alnındakı futbolçunu tapmağa çalışır. Düzgün tapan tərəf isə mükafat kimi süfrədəki pitssadan bir dilim yemək hüququ qazanır.
Çəkiliş zamanı Loren və Nigarın bir-birlərinə verdikləri atmacalar, yumoristik ipucular və gülməli reaksiyalar izləyicilərin böyük marağına səbəb olub. Səmimi və pozitiv atmosferdə keçən bu şən yarışma sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb.