Kubalı diplomatın ABŞ ni tərk etməsi üçün 24 saat vaxt verildi

29.10.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Fox News" telekanalının efirində bildirib.

Onun sözlərinə görə, ABŞ-nin dövlət katibi Marko Rubio kubalı diplomatın ölkədən çıxarılması ilə bağlı sənəd imzalayıb.

"O, 24 saat ərzində Havanaya uçan təyyarədə olacaq", - deyə Uolts bildirib.

Diplomatın ölkədən çıxarılmasına səbəb kimi onun ABŞ nümayəndələrindən birini itələməsi və ona hücum etməyə cəhd göstərməsi qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью