Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kuba voleybol millisinin hücumçusu Ana Yilian Kleger 2026/2027 mövsümündə "Turan"da çıxış edəcək.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, zəngin təcrübəyə malik voleybolçu ilə növbəti mövsümü əhatə edəcək müqavilə imzalanıb.
O, karyerası ərzində Azərbaycanda "Rabitə" və "Telekom" komandalarının da formasını geyinib.
Kleger müxtəlif illərdə Türkiyə, Rusiya, Serbiya, Rumıniya və Çin çempionatlarında forma geyinib.
Qeyd edək ki, 185 sm boya malik voleybolçu son olaraq Türkiyənin "Zeren Spor" klubunda çıxış edib.
Bizim.Media