Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

19.09.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 19 sentyabr, AZƏRTAC

Kubanın milli elektrik şəbəkəsində növbəti dəfə tammiqyaslı qəza baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Kubanın Energetika və Mədən Nazirliyi məlumat yayıb.

Nazirlik “X” sosial şəbəkəsində elektrik enerjisinin tamamilə kəsildiyini və bərpa protokollarının tətbiq olunduğunu bildirib.

Qeyd edək ki, Kubanın elektrik şəbəkəsi sonuncu dəfə iyul ayında tamamilə sıradan çıxıb. Həmin vaxt 10 gündən az müddətdə üç belə hal qeydə alınıb və ölkənin böyük hissəsi uzun müddət elektriksiz qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью