Kubarsi “Qızıl top”a namizəd göstərilən ən gənc müdafiəçi oldu

09.09.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Barselona”nın və İspaniya millisinin 19 yaşlı futbolçusu Pau Kubarsi 2016-cı ildən indiyədək “Qızıl top”a namizəd göstərilən ən gənc müdafiəçi olub.

İdman.Biz xəbər verir ki, 30 namizəddən ibarət format tətbiq olunandan bəri Kubarsi bu siyahıya düşən ən gənc müdafiəçidir.

2025/2026 mövsümündə Kubarsi “Barselona”nın heyətində bütün turnirlərdə 48 matç keçirib və bir qolla yadda qalıb. İspaniya millisinin heyətində isə o, 2026-cı ilin dünya çempionu olub.

2026-cı il “Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью