“Kubinka”da dəhşətli hadisə 36 yaşlı qadının meyiti tapıldı

04.02.2025

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın Nəsimi rayonunda “Kubinka” adlanan ərazidə gənc qadının meyiti tapılıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, fevralın 1-də gecə saat 02 radələrində Ağadadaş Qurbanov küçəsində naməlum qadın meyiti tapılıb.

Araşdırmalarla ölən qadının paytaxt sakini olan 36 yaşlı V.T olması müəyyən edilib. onun narkotik vasitə aludəçisi olması və tüfeyli həyat tərzi sürdüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью