Kubok matçı futbolçunun faciəvi ölümü ilə yekunlaşdı VİDEO

11.04.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Peruda “Real Titan” və “Defensor Nueva” arasında keçirilən kubok matçı futbolçulardan birinin faciəvi ölümü ilə nəticələnib.

Fanat.Az xəbər verir ki, məlumatı yerli jurnalist Rocer Qarsiya yayıb.

"Real Tutan"ın futbolçusu Elar Qonzales Altamirano rəqib qapıçı ilə toqquşduqdan sonra huşunu itirərək yerə yıxılıb. Futbolçular cəld həkimləri sahəyə çağırıblar. Futbolçunun vəziyyətinin ağır olduğunu görən tibbi personal onu təcili tibbi yardımla xəstəxanaya götürüblər. Ancaq Elar Moyobambi şəhərindəki xəstəxanada dünyasını dəyişib.

Futbolçunun beyninə qansızmadan dünyasını dəyişdiyi bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью