Kubok matçına xüsusi şəkildə köklənməmişik, çünki... Qəzənfər Abbasov

08.10.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Kubokunun 1-ci təsnifat mərhələsində "Qaradağ Lökbatan" "Ağdaş"ı qəbul edəcək. Lökbatan təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxlayıb qarşıdakı matş barədə fikirlərini öyrəndik.

Onun Fanat.Az-a açıqlamasını təqdim edirik:

"Düzdür, kubok matçına xüsusi şəkildə köklənməmişik, çünki məqsədimiz 2-ci Liqada çempion olmaq və 1-ci Liqaya qayıtmaqdır. Buna baxmayaraq, bizi maraqlı mübarizə gözləyir. "Ağdaş"la öz meydanımızda üz-üzə gələcəyik və çalışacağıq ki, qələbə qazanaraq növbəti çempionat qarşılaşmasına yaxşı motivasiya ilə çıxaq. Məqsədimiz bütün oyunlarda qələbə qazanmaqdır".

Qeyd edək ki, "Qaradağ Lökbatan" - "Ağdaş" oyunu oktyabrın 9-da keçiriləcək. Bu cütün qalibi növbəti mərhələdə "İmişli" ilə qarşılaşacaq.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью