Kubok oyunundan əvvəl bədbəxt hadisə

11.04.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Libertadores Kubokunda “Kolo Kolo” – “Fortaleza” oyunun əvvəlində iki azarkeş vəfat edib.

Futbolpress.az xəbər verir ki, bir qrup azarkeş matçın startına az qalmış arenaya girməyə cəhd edib. Qoruyucu maneələrdən birinin aşması nəticəsində 2 fanat ölüb.

Bundan əlavə, oyunun ikinci hissəsində fanatlar meydançaya yad əşyalar atmağa başlayıb. Hakim bundan sonra oyunu 77-ci dəqiqədə dayandırmaq qərarına gəlib.

Matç dayandırılanda hesab 2:2 idi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью