Kubok sevinci boğazlarında qaldı ABŞ dən İspaniya millisinə ağır tələb

25.07.2026

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


ABŞ hakimiyyəti dünya çempionu olan İspaniya milli komandasından ABŞ ərazisində əldə edilən gəlirlərə görə 15 milyon dollardan çox vergi ödəməyi tələb edib.

"Bakupost" Musavat.com-a istinadən xəbər verir ki, Fox News-un məlumatına görə, tələb olunan məbləğ mükafat fondunun təxminən 30 faizinə bərabərdir.

FIFA-nın Dünya Çempionatı reqlamentinə əsasən, turnirin qalibləri ev sahibi ölkədə bu mükafata görə vergidən azad edilir. Lakin amerikalı hüquqşünaslar fərqli hüquqi şərhə nail olublar.

Onlar sübut ediblər ki, İspaniya milli komandası vahid kollektiv deyil, ayrı-ayrı fiziki şəxslərin məcmusudur. Bu yanaşma nəticəsində futbolçuların qazandıqları mükafatın ABŞ-də gəlir vergisinə cəlb olunması tələb edilir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью