Kubokda 3700 cü qol

09.10.2026

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Azərbaycan Kubokunda tarixin 3700-cü qolu vurulub. Sport24.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley I təsnifat mərhələsinin "Difai" – "Zəngəzur" matçına (1:3) təsadüf edib. Qonaqların futbolçusu Kənan Mirzəliyev görüşdə sonuncu, mövsümdə 23-cü qolun müəllifi olub.

Bu, 1992-ci ildən keçirilən yarışın tarixinə 3700-cü top kimi düşüb. Baş tutan 1216 qarşılaşmadan sonra bu rəqəm 3713-ə yüksəlib.

Qeyd edək ki, turnirdə ilk qolu 1992-ci ildə "Pambıqçı"nın (Neftçala) futbolçusu Elnur Əsgərov vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью