Kubokda finalçılar məlum olacaq

28.03.2025

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar bu gün müəyyənləşəcək.

Futbolpress.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyununda “Neftçi” NTD ilə üz-üzə gələcək. Qarşılaşma saat 16:00-da start götürəcək.

Saat 19:00-da isə “Naxçıvan” və “Gəncə” komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Hər iki matç Bakı İdman Sarayında təşkil olunacaq.

Final martın 30-da keçiriləcək. Ötən mövsüm “Neftçi” bu titulun sahibi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью