Kubokda püşkatmanın vaxtı açıqlandı

09.09.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan kubokunda 2025/26 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

QOL.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, mərasim sentyabrın 17-də keçiriləcək.

Tədbir "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq. Püşkatma mərasimi saat 15:00-da başlanacaq.

Qeyd edək ki, Azərbaycan kubokunun 2025/26 mövsümündə 34 komanda iştirak edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью