Kuboku qazanmağa çalışacağıq Kurban Berdıyev

28.10.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsi çərçivəsində "Dinamo"nu darmadağın etdikləri oyun haqda danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis görüşdən sonra təşkil olunan mətbuat konfransında matçda gənc oyunçulara şans tanıdığını vurğulayıb:  "Növbəti mərhələyə vəsiqə qazandığımız üçün çox sevinirik. Bu gün gənclərə oynamaq şansı verdik".

O, bu turnirdəki hədəflərinin çempionluq olduğunu bildirib: "Kuboku qazanmağa çalışacağıq. Hər komanda bunun üçün çalışır".

Baş məşqçi görüşdə dubl edən futbolçusu İbrahima Vadjinin oyunu haqda da fikirlərini bölüşüb: "Məşqlərdə özünü yaxşı göstərir, performansını artırır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью