Küçə adamlarını sənətkarlarla müqayisə etməyin Aparıcılara əsəbiləşdi | Icma.az
Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Əməkdar artist Lalə Məmmədova aparıcılara səslənib.
Axşam.az xəbər verir ki, müğənni sənət adamlarının bayağı ifaçılarla müqayisə edilməsini pisləyib.
Bu haqda "Afaqla 10lar" verilişində danışan L.Məmmədova bunları əlavə edib: "Sənətkarlar reytinq vermir" deyən aparıcılara səslənirəm, bu sözü ağzınıza almayın.
Sənətkar artıq sənəti ilə reytinqini verib və siz oturub bazar söhbətlərinə efirdə qulaq asanda o, Azərbaycanın adını xaricdə qaldırıb.
Azərbaycan mədəniyyətinin adını, bayrağını yüksəldib. Siz aparıcılar sənətkarları hansısa küçə adamlarının yanında kiçiltməyin.
Siz müqayisə belə edə bilmərsiniz". L.Məmmədova bildirib ki, həmin ifaçılar bəstəkar mahnılarını oxuma istedadına malik deyil: "Bu gün təsad
Sizin o bəstəkar mahnılarını ifa etməyinizi görmüşəm. Təsadüfən də olsa önümə çıxıb.
Biri “xoruz” buraxaraq muğam oxuyub deyir ki, mən əla ifa edirəm. Digəri bəstəkar mahnısının qolunu-qanadını qırır.
Tam oxu
Xəbəri oxu